Nazarov Regional Liqa klubuna keçdi

Nazarov Regional Liqa klubuna keçdi

Azərbaycan millisinin keçmiş futbolçusu Dmitri Nazarovun yeni klubu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi karyerasını Almaniyada davam etdirəcək.

3-cü Bundesliqa klubu “Ersgebirge”dən ayrılan Nazarov Regional Liqada mübarizə aparan “Kikkers Offenbax”la müqavilə imzalayıb. Bu klubun idman direktoru Kristian Hok da məlumatı artıq təsdiqləyib.

Nazarov 2014-2022-ci illər aralığında Azərbaycan millisinin heyətində 45 oyun keçirib, 7 qola imza atıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər