Almaniya II Bundesliqasında XXV turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue" səfərdə Düsseldorf "Fortuna"sı ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyunda minimal hesablı qələbəyə sevinib - 1:0. Nazarov bu görüşün iştirak ərizəsində yer alsa da, meydana buraxılmayıb.
Qeyd edək ki, "Karlsrue" hazırda 34 xalla 18 klub arasında 7-ci pillədə qərarlaşıb.
Fanat.az