Nazarov meydandan çıxdı, komandası qol buraxdı

Nazarov meydandan çıxdı, komandası qol buraxdı

Almaniya II Bundesliqasında XXIX turun oyunları davam edir. Fanat.Az xəbər verir ki, milli komandamızın oyunçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” “Nürnberq” səfərinə yollanıb.

 

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matça start heyətində başlayan Dima 67-ci dəqiqədə əvəzlənib. Marqalıdı ki, komandası məğlubiyyət qolunu məhz Nazarov oyundan çıxdıqdan sonra buraxıb.

 

Qeyd edək ki, 29 oyundan sonra aktivində 32 xal olan “Aue” turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər