Bu gün tanınmış yazar Natiq Muxtarlının doğum günüdür.
İctimai-siyasi və idman mətbuatına öz damğasını vurmuş, qələmənin "iti ucunu" futbol məmurlarından tutmuş dövlət məmurlarına qədər hər kəsə göstərmiş, yazdığı yazılarla hamının sevimlisinə, kiçik bir qismin də düşməninə çevrilmiş dəyərli dostumuz 48 yaşını qeyd edir.
Əslində, Natiq Muxtarlını təqdim etmək üçün təmtəraqlı, bəzək-düzəkli sözlərə ehtiyac yoxdu. Onu tanıyan hər kəs necə dəyərli, necə vicdanlı insan olduğunu yaxşı bilir. İnsanların vicdanını 5 qəpiyə satdığı dövrümüzdə heç kimin və heç nəyin qarşısında əyilməyən, qələmini, vicdanını dünyanın heç bir nemətinə dəyişməyən Natiq Muxtarlı hər zaman öz sözünü deyməyi bacaran jurnalistlərdən biridi.
Natiq Muxtarlının Fanat.az-ın yaranmasında və inkişafında xidmətləri az olmayıb. Sayt yarandığı gündən bizimlə birlikdə olan, öz yazıları ilə Fanat.az-ın populiyarlıq qazanmasına dəstək verən, bu gün də dəstəyini və köməyini əsirgəməyən dəyərli dostumuzu doğum günü münasibəti ilə təbrik edir, ona bundan sonrakı işlərində və şəxsi həyatında uğurlar arzulayırıq.