Namiq Ələsgərov sağaldı

Namiq Ələsgərov sağaldı

“Kəpəz”in zədəli futbolçusu Namiq Ələsgərovun vəziyyəti yaxşılaşıb. 

Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqanın XXIX turunda “Qarabağ”a qarşı matçın sonlarında əzələsi dartılan yarımmüdafiəçi əvəzlənmək məcburiyyətində qalıb. 

“İnter” və “Sumqayıt” ilə oyunlarını buraxan futbolçu iki həftə müalicə olunub. Artıq Ələsgərovun zədəsi sağalıb və o, ötən həftəsonu həkim nəzarəti altında yüngül şəkildə fərdi məşqlərə başlayıb. 

Millinin üzvü sabah komanda ilə birgə hazırlığa qatılacaq. Onun qarşıdakı turda “Rəvan” ilə matçda meydana çıxmaq şansı yüksəkdir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər