Namik Ələskərovun "Bursaspor"da debüt göstəricisi

Namik Ələskərovun "Bursaspor"da debüt göstəricisi

Türkiyənin I Liqasında çıxış edən Namik Ələskərov son turda "Bursaspor"da debütünü gerçəkləşdirdi.

Fanat.Az-ın məlumatına görə, "Eyubspor"a (0:2) məğlub olduqları görüşdə futbolçumuzun statistik göstəriciləri açıqlanıb.

* Liqanın 3-cü həftəsində "Eyupspor"la maçtda Namik 69 dəqiqə meydanda qalıb.

* Oyunda qaldığı müddətdə inamlı görünüşü ilə diqqət çəkən Ələskərov 34 dəfə topa təmas edib. 

* 88 faizlik ötürmə dəqiqliyi ilə diqqət çəkən futbolçu 1 dəqiq asma gerçəkləşdirib.

* 2 dəfə uzun ötürmə edən 26 yaşlı futbolçu bunların 1-də dəqiq olub. 

* 5 dəfə ikili mübarizəyə girən Namik bunların 2-ni qazanmağı bacarıb.

* 7 dəfə top itirən Ələskərov 2 dəfə də rəqibdən top "oğurlayıb". 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər