MY son dəfə 1978-ci ildə bu vəziyyətə düşmüşdü

MY son dəfə 1978-ci ildə bu vəziyyətə düşmüşdü

İngiltərənin "Mançester Yunayted"i uzun illərdən sonra ilk dəfə ardıcıl üç oyunda üç qol buraxıb. 

Fanat.Az xəbər verir ki, statistik məlumatı "OptaJoe" yayıb.

“Qırmızı şeytanlar”ın başına son dəfə belə hadisə 1978-ci ilin dekabrında gəlmişdi. Həmin vaxt komandanı Deyv Sekston çalışdırırdı. 

MY üçün xoşagəlməz seriya İngiltərə Premyer Liqasının 4-cü turunun matçında "Arsenal"a 1:3 hesablı məğlubiyyət ilə başlayıb. Daha sonra Erik ten Haqın yetirmələri 5-ci turda “Brayton”a eyni hesabla, bir gün əvvəl isə Çempionlar Liqasının qrup mərhələsində “Bayern Münhen”ə (3:4) uduzub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər