"Mançester Yunayted"in qapıçısı Den Henderson yayda klubunu dəyişməkdə qərarlıdır.
Fanat.Az "Manchester Evening News"ə istinadən xəbər verir ki, oyun praktikasından əziyyət çəkən 24 yaşlı qoliper yanvarda icarəyə yollanmaq istəsə də, münasib variant olmayıb.
MY-də David de Xeanın əvəzləyicisi olan Henderson yayadək daha çox oynaya biləcəyi, uyğun komanda tapmaq istəyir.
Bu mövsüm "qırmızı şeytanlar"ın əsas komandasında 2 oyun keçirən Den 2 top buraxıb. "Transfermarkt" ingiltərəli "çərçivə" qoruyucusunun transfer qiymətini 18 milyon avro ilə dəyərləndirir. Hendersonun Mançester təmsilçisi ilə olan müqaviləsinin müddəti 2025-ci ildə başa çatacaq.