Erik ten Haq yay transfer pəncərəsində "Mançester Yunayted"in heyətində böyük dəyişikliklər hazırlayır.
Fanat.Az xəbər verir ki, niderlandlı baş məşqçinin "qara siyahı"sında 6 futbolçu var.
İnformasiyanı "Manchester Evening News" yayıb.
Ulduzlardan Harri Maquayr, Antoni Marsiyal və Ceydon Sançonun adının siyahıda olduğu dəqiqdir. Bundan başqa, mənbə qapıçı Din Henderson, müdafiəçilər Brendon Uilyams və Aleks Tellesin də göndəriləcəyini ehtimal edib.
Kapitan Maquayr MY-yə 4 il əvvəl "Lester"dən gəlib və 87 milyon avroluq transferlə tarixin ən bahalı stoperidir. Marsiyal bu mövsüm Premyer Liqada cəmi 490 dəqiqə meydanda olub. Sançoya isə iki mövsüm əvvəl 85 milyon avro ödənib.
Ümumilikdə “Mançester Yunayted” yayda göndərəcəyi altı futbolçunun təzminatına təxminən 250 milyon avro xərcləyib.
Mirağa