MY-də ciddi itki

MY-də ciddi itki

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kristian Eriksen sıradan çıxıb.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, danimarkalı futbolçu “Luton Taun”la son Premyer Liqa matçında (1:0) dizindən aldığı zədə səbəbindən “qırmızı şeytanlar”ın qarşıdakı ayda keçiriləcək oyunlarında iştirak edə bilməyəcək.

31 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 15 matçda iştirak edib, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər