MY "Barsa"ya hücumçusuna görə təklif göndərdi - SON DURUM

MY "Barsa"ya hücumçusuna görə təklif göndərdi - SON DURUM
"Mançester Yunayted" "Barselona"ya Usman Dembele ilə bağlı təklif göndərib.
Fanat.Az "Daily Record"a (Deyli Rekord) istinadən xəbər verir ki, "qırmızı şeytanlar" hücumçunu icarəyə götürmək istədiyini bildirib.
Lakin "Barsa" ingilislərin bu təklifini qəbul etməyə hazırlaşmır. Kataloniya klubu 23 yaşlı forvardı satmaq niyyətindədi. İspaniya nəhəngi 1 illik icarə müqaviləsindən sonra futbolçunun 100 milyon avro qarşılığında transfer edilməsini tələb edib.
Dembele "Barsa"ya 2017-ci ilin avqustunda Dortmund "Borussiya"sından keçib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər