MY 1974-cü ildən bəri belə günə düşməmişdi

MY 1974-cü ildən bəri belə günə düşməmişdi

İngiltərə Premyer Liqasının 37-ci turunda evdə "Arsenal"a 0:1 hesabı ilə uduzan "Mançester Yunayted" antirekordunu təkrarlayıb.

Fanat.Az xarici KİV-ə istinadən xəbər verir ki, Mançester təmsilçisi cari mövsümdə bütün yarışlarda ev oyunlarında 9-cu məğlubiyyətini alıb. 

"Qırmızı şeytanlar" daha öncə 1920/1921, 1930/1931, 1933/1934, 1962/1963 və 1973/1974 mövsümlərində də eyni aqibətlə üzləşib.

Qeyd edək ki,  hazırda 54 xalı olan MY İPL-in turnir cədvəlində 8-ci pillədə mövqe tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər