Bu gün Bakı İdman Sarayında futzal üzrə Yüksək və Birinci liqalarda 2023-2024-cü il mövsümünün püşkü atılıb.
Fanat.Az xəbər verir ki, Yüksək Liqada 6 komanda iştirak edəcək.
Oyunlar 4 dövrədən və 20 turdan ibarət olacaq. Mövsümə sentyabrın 26-da start veriləcək. Komandalar 7 legioner sifariş edə biləcək.
Birinci Liqada isə 12 komanda iştirak edəcək. Oyunlar 2 dövrədən və 22 turdan ibarət olacaq. Birinci turun oyunları oktyabrın 1-də keçiriləcək.
Yüksək Liqa I tur
26 sentyabr
“Neftçi” İK – “Baku Fire” “Araz – Naxçıvan” – “Yasamal Bakı” “Record club” – U-19
Birinci Liqa I tur
1 oktyabr
“Bakı” MFK – “Xan Lənkəran” “STAR kargo” – “Trabzon Azərbaycan” “Metropoliten” – “Şuşa” “Dalğa” – “Dəstə Ordubad” “Baku Fire-2” – “Ulduz” PFL - “Timsport”