Mövsümdə ilk, tarixdə 20-ci

Mövsümdə ilk, tarixdə 20-ci

“Sabah” mövsümdə ilk qələbəsini qazanıb. 

Fanat.Az xəbər verir ki, VIII turda “Sumqayıt”a 3:0 hesabı ilə qalib gələn Bakı təmsilçisi Premyer Liqada 3-cü dəfə böyük hesablı qalibiyyət əldə edib. 

Bu, komandanın ən böyükhesablı qələbəsidir. Belə ki, əvvəlki iki uğura da öz meydanında imza atan “Sabah” 2019/20 mövsümündə “Səbail”, 2020/21-də isə “Qəbələ” ilə qarşılaşmada üç xalı üç cavabsız qolla əldə edib.

Bu mövsüm ilk 7 matçda qələbə qazana bilməyən paytaxt klubu tarixində 20-ci dəfə Premyer Liqa görüşündə 3 xala sevinib. Bu, 84-cü matça təsadüf edib. Bakılılar öz meydanındakı 42-ci oyunda 10-cu belə uğuru bayram edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər