Mustafayevli “Aleksandriya” təxirə salınmış oyundan 1 xalla ayrıldı

Mustafayevli “Aleksandriya” təxirə salınmış oyundan 1 xalla ayrıldı

Ukrayna Premyer Liqasında 1-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Fanat.Az xəbər verir ki, günün yeganə oyunu azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” ilə “Dnepr-1” arasında baş tutub.

Sözügedən kollektiv səfər oyunundan heç-heçə ilə ayrılıb - 1:1.

Mustafayev də bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra meydana buraxılıb və sonadək oynayıb.

“Aleksandriya” hazırda 39 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər