Musa Qurbanlı İsveçdə növbəti oyununa çıxır

Musa Qurbanlı İsveçdə növbəti oyununa çıxır

İsveç çempionatında 19-cu turun oyunları keçirilir. Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Musa Qurbanlının çıxış etdiyi “Yurqorden" bu gün növbəti oyununa çıxacaq. Hücumçumuzun komandası səfərdə "Qotenburq"la üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qeyd edək ki, "Yurqorden" hazırda turnir cədvəlində 33 xalla 4-cüdür. Xatırladaq ki, 21 yaşlı hücumçu bu ay "Yurqorden"lə 3 illik müqavilə imzalayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər