Musa İsveçdə növbəti qolunu vurdu

Musa İsveçdə növbəti qolunu vurdu

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveç “Yurqorden”ində növbəti qolunu vurub.

Fanat.Az xəbər verir ki, o, sözügedən klubun U-21 komandasında fərqlənib.  Musa “Deqerfors”a qarşı Elit Liqa Kuboku matçında rəqib qapısına yol tapıb. Hücumçu 4:2 hesabı ilə qalib gəldikləri görüşdə ilk qolun müəllifi olub. 22 yaşlı forvard start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Qeyd edək ki, Musa Qurbanlı "Yurqorden"in U-21 komandasının heyətində Elit Liqa kubokunda "Norççepinq"lə oyunda da qol vurmuşdu.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər