“Sabah”ın baş məşqçisi Murad Musayev Pro kateqoriyalı məşqçi lisenziyası alıb.
Fanat.Az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, rusiyalı mütəxəssis UEFA-nın məşqçi kurslarını uğurla tamamlayaraq Pro kateqoriyalı lisenziyaya yiyələnib. Klub baş məşqçini bu münasibətlə təbrik edib.
