Bu gün Türkiyə və İspaniyada ilk turunun qalan oyunları keçiriləcək.
Proqnoz vermək üçün görüşlərdən birini Türkiyə Superliqasından digərini isə İspaniya La Liqasından seçmişik.
Türkiyə çempionatının ilk turunda "Giresunspor" klubu "Qalatasaray"ı qəbul edəcək.
"Giresunspor"
"Giresunspor" geridə qoyduğumuz mövsüm azarkeşlərini sevindirdi və Türkiyənin elitasına vəsiqə qazandı. Ötən mövsümün 34 turunda "ağ-yaşıllar" 21 qələbə və yeddi heç-heçə etdi ki, bu da 70 xal və Superliqaya vəsiqə deməkdir.
TFF I Liqasının son turlarında klub yaxşı müdafiə olunurdu. Çempionatın son 3 turunda cəmi bir qol buraxmışdı.
Amma yoxlanış görüşlərində keçirdiyi oyunlar ürəkaçan deyil. 3 oyun 3 məğlubiyyət.
"Altay"-"Giresunspor" 3:0 "Ümraniyespor"-"Giresunspor" 2:0 "Giresunspor"-"Fənərbağca" 1:3
"Qalatasaray"
22 qat ölkə çempionu və 18 dəfə Türkiyə Kubokunun sahibi ötən mövsüm çox yaxşı çıxış edib. 40 tur ərzində Qalatasaray 26 qələbə qazanaraq 6 dəfə heç-heçə edib. 84 xal toplayan "Aslanlar" "Beşiktaş"a yalnız əlavə göstəricilərdə məğlub olaraq çempionluqdan məhrum oldu. "Sarı-qırmızılılar" liqada ən az qol buraxaraq orta hesabla hər oyuna iki qol vurub. ÇL-də isə uğursuz çıxışdan sonra "Sent-Cons"a ümumi hesabda 5:3 qalib gələrək UEFA Avropa Liqasında yolunu davam edir.
Klubun son 5 oyununa nəzər yetirək.
"Qalatasaray"-"Kasımpaşa" 4:2 PSV-"Qalatasaray" 5:1 "Qalatasaray"-PSV 1:2 "Qalatasaray"- "Sent-Cons" 1:1 "Sent-Cons"-"Qalatasaray" 2:4
Proqnoz
Ev sahibi yüksək liqaya çıxsa da komandanın heyətlə bağlı problemləri var. "Qalatasaray" isə təsnifat mərhələrindəki oyunlarda artıq mövsümü açıb. PSV-yə məğlubiyyət, itirilmiş fiziki formanın səbəi ola bilərdi. Lakin, yeni transferlər və təlim məşqlər nəticəsində "Aslanlar" öz formasını yığmaqdadır. Güman edirik ki, "sarı-qırmızılar" bu gün Superliqaya yeni qədəm qoymuş "Giresunspor"a futbol dərsi keçəcək.
İlk proqnoz "Qalatasaray"ın iki top fərqi ilə qələbə qazanmasıdır (F2). Xarici kontorlarda bu varianta 2.42 əmsalla rast glmək olar.
"Aslanlar" yeni mövsümə inamla başlayacaqlar. Ardıcıl və yaxşı nəticələnəcək hücumlar gözlənilir.
İkinci proqnozumuz isə oyunda 2-dən daha artıq qol olacağıdır (2,5 üst). Hazırda əmsal 1,80-dir amma zaman keçdikcə kontorlar əmsalı dəyişə bilər.
İspaniya La Liqasında bu gün "Vilyarreal" "Qranada" ilə qarşılaşacaq. Bu dueldən nə gözləmək olar?
"Vilyarreal"
Ötən il "Vilyarreal" azarkeşlərin adət etdiyi bir üslubda çıxış edib. Komanda ötən mövsümü ilk onluqda keçirib və nəticədə yeddinci yerlə kifayətlənib. La Liqanın 38 turuna 15 qələbə, 13 heç-heçə edib, 58 qazanıb.
Avropa Liqasının finalında " Mançester Yunayted"i məğlub edən və UEFA Superkubokunda "Çelsi"yə məğlub olan "sarı submarin"lər hər iki görüşü eyni üslubda keçirərək penaltilər seriyasına qədər dözməli olublar.
Yayda klub heyətini "Tottenhem"in müdafiəçisi Xuan Foyt (Juan Foyt) və "Reyms"in hücumçusu Bulay Dia (Boulaye Dia) ilə gücləndirib.
Komandanın açar futbolçularından olan yarımmüdafiəçi Daniel Parexo (Daniel Parejo) zədə səbəbi ilə oyunu buraxmalı olacaq.
Son beş oyuna komanda qələbə qazanmayıb.
"Vilyarreal"-"Levante" 0:0 "Olimpik Marsel"-"Vilyarreal" 2:1 "Lester Siti"-"Vilyarreal" 3:2 "Lids"-"Vilyarreal" 2:2 "Çelsi"-"Vilyarreal" 1:1 (pen. 6:5)
"Qranada"
"Qranada" ötən mövsüm Avropa Liqası çərçivəsində yaxşı marafon keçirib. Amma futbolçuların La Liqaya sərf etməyə gücləri çatmadı. Əndəlüs təmsilçiləri 38 tura 13 qələbə və 7 heç-heçə edərək aktivlərinə 46 xal yazdırıblar.
İyul ayından komandanın baş məşqçisi 43 yaşlı Roberto Moreno təyin edildi.
Keçirdikləri son 3 yoxlama görüşlərindəki 3 qələbə ilə klub azarkeşlərini sevindirə biliblər.
"Qranada" - "Linense" 3:0 "Qranada" - "Malaqa" 3:1 "Qranada" - "Linares Deportivo" 2:1
Proqnoz
Statistika və və oyun səviyyəsi ev sahiblərinin tərəfindədir. "Qranada" yaxşı vəziyyətdədir və asanlıqla xal verməyəcək. Oyunun hər iki komandanın ifasında eyni səviyyədə keçiriləcəyi gözlənilir. Odur ki, "Qranada"nın mütləq qol vuracağını proqnozlaşdırırıq. Hazırda xarici kontorlar bu proqnozu 2.9 əmsalla qiymətləndirir.
Komandalar olduqca ehtiyyatlı oynayacaqlar. Hesabı saxlamağa meylli olan iki komanda üz-üzə gəlir. Risk etməyi sevənlər üçün proqnoz - heç-heçə (X). Belə bir varianta əmsal hər zaman olduğu kimi az deyil. Kontorlarda 3.90 və 4.30 arası rəqəmlərə rast gəlməl olar.
Yuxarıda qeyd etdiyimiz proqnozlardan daha bir variant meydana gəlir. Hər iki komandanın qol vuracağı (QQ) istisna olunmur. Əmsal isə qənaətbəxşsdir 1.95.
Xatırladaq ki, verilən proqnozlar müəllifin təxminidir. Nəticələr fərqli ola bilər.
Emin Şəmsiyev