"Mudriklə görüşüb danışacağam" - Poçettino açıqladı

"Mudriklə görüşüb danışacağam" - Poçettino açıqladı

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino ukraynalı yarımmüdafiəçi Mixail Mudrikin komandadakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, "The Guardian" onun dediklərini belə çatdırıb:

"Futbolçularla söhbət etmək çox vacib məsələdir. Mövsüm ərəfəsində Mudriklə görüşüb danışacağam. Öncə Mixaili yaxından tanımalı, sonra isə "Çelsi"də gözlənilən yeni səviyyəyə çata bilməsi üçün strategiya müəyyənləşdirməliyəm". 

Qeyd edək ki, "zadəganlar"ın bu qış Donetsk "Şaxtyor"undan transfer etdiyi Mudrik ümidləri doğrulda bilməyib. O, London klubunun forması ilə çıxdığı 17 matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər