Mübariz Mənsimov Zəhradan danışdı

Mübariz Mənsimov Zəhradan danışdı

Ermənilərin törətdiyi vəhşiliyə Mübariz Mənsimov da səssiz qala bilməyib.

İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində Quliyeva Sahibə və 2 yaşlı nəvəsi Quliyeva Zəhranın şəhid olmasına "Palmali" şirkətlər qrupunun sahibi Mübariz Mənsimov da üzülüb və bu olayın cəzasız qalmamasını istəyib. O, bütün dünyanı bu vəhşiliyi qınamağa çağırıb.

Mənsimov qeyd edib ki, heç kim bu hadisəyə Azərbaycan xalqının problemi kimi baxmamalıdır: "İrqindən, dinindən və milliyətindən asılı olmayaraq bunu edənlər cəzasız qalmamalıdır. 2 yaşında bir uşaq öldürülüb. Həm də vəhşicəsinə! Bu, insanlığa sığmayan bir şeydir. Bunu bütün dünya görməli, bilməli və səssiz qalmamalıdır. Biz hamımız bu olayı qınamalı və insan haqlarını qoruyan qurumların hara baxdıqlarını, niyə bunu edənlərin cəzasız qaldıqlarını soruşmalıyıq.  Bu cür tragediyalara qarşı önləm almaq lazımdır və sivil əhalinin hədəf alınması qəbuledilməzdir. Və mən Mübariz Mənsimov buna tək bir ad verə bilərəm: terror və faşizm".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər