MS Holanda görə inanılmaz təklif aldı - RƏSMİ

MS Holanda görə inanılmaz təklif aldı - RƏSMİ

“Mançester Siti” ulduz hücumçusu Erlinq Holanda görə rəsmi təklif alıb.

Fanat.Az xəbər verir ki, Şimal Milli Qolf Liqasında çıxış edən "Eşton Yunayted" forvardı icarəyə götürmək istəyi ilə "şəhərlilər"ə müraciət edib. 

Məlumatı qolf klubunun rəsmi saytı yayıb. "Eşton Yunayted"in meneceri Maykl Kleq bu addımı belə izah edib: "Mançester Siti" çempionatda yaranan fasilə səbəbilə oynamır. Norveç dünya çempionatına vəsiqə qazana bilmədiyi üçün Holand bir aydan çox futbolsuz qalacaq. Biz Erlinqi formada saxlamaqla kömək etmək istəyirik. Belədə onun altı həftə qolf oynaması daha məntiqlidir. Düşünürük ki, o, bizim üçün çox uyğun olacaq. Həm də Erlinq dinamik komandamıza uyğun gəlir. "Mançester Siti" hələ rəsmi təklifimizə cavab verməyib".    Bu yay "Borussiya Dortmund"dan "Mançester Siti"yə keçən Erlinq Holand İngiltərə klubunda 18 oyunda artıq 23 qol vurub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər