Mourinyunun yerinə əsas namizəd açıqlandı

Mourinyunun yerinə əsas namizəd açıqlandı

Cari mövsümün sonunda "Roma"nı tərk edəcəyi deyilən Joze Mourinyunun postunu kimin tutacağı açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Corriere dello Sport" yayıb.

Xəbərə görə, Muorinyu paytaxt təmsilçisindən ayrılacağı təqdirdə, "canavarlar" hazırda "Tottenhem"i çalışdıran Antonio Konteyə tapşırılacaq. Mənbə "Roma" rəhbərliyinin məhz Konte variantını prioritet saydığını vurğulayıb.

Qeyd edək ki, Kontenin "Tottenhem"lə müqaviləsinin müddəti bu yay başa çatacaq. Mourinyunun Roma klubu ilə anlaşması 2024-cü ilin yayına qədər nəzərdə tutulub. 

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər