Mourinyunun taleyi Lenadan asılıdır

Mourinyunun taleyi Lenadan asılıdır

"Roma"nın baş məşqçisi Joze Mourinyunun mövsümün sonunda klubdan ayrılıb-ayrılmayacağı qeyri-müəyyəndir.

Fanat.Az xəbər verir ki, "Calcio Mercato" portuqaliyalı mütəxəssisin taleyinə "Roma"nın xanım baş direktoru Lina Souloukou ilə görüşdə aydınlıq gələcək.

Yunan klub funksioneri "Roma"nın transfer siyasətindən narazı olan "Xüsusi adam"ı yola gətirməyə çalışacaq. Joze isə təklif bolluğundadır: onu PSJ və "Əl-Nəsr" aparmaq istəyir. 

"Sevilya" ilə Avropa Liqasının finalına  (31 may) hazırlaşanı "Roma"nın baş məşqçi məsələsinin məhz məsul oyundan sonra aydınlıq gələcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər