Mourinyudan yubiley şərhi: "Sevincdən uşaq kimi qaçırdım"

Mourinyudan yubiley şərhi: "Sevincdən uşaq kimi qaçırdım"

İtaliya A Seriyasının III turunda keçirilən "Roma" - "Sassuolo" (2:1) matçı meydan sahiblərinin baş məşqçisi Joze Mourinyu (Jose Mourinho) üçün əlamətdar olub. 

Fanat.Az "Sky İtalia"ya istinadən xəbər verir ki, bu görüş portuqaliyalı mütəxəssisin baş məşqçi karyerasında 1000-ci oyunu olub. 

 58 yaşlı Mourinyo bu hadisəni özünəməxsus şəkildə şərh edib:

"Bir neçə gündür uşaqlara yalan danışıram. Onlara deyirəm ki, yubiley oyunu məni bir o qədər də maraqlandırmır. Amma heç kəs bilmirdi ki, yubiley oyununda məğlub olmaqdan dəhşət qorxurdum. Təsəvvür edin ki, Mourinyu 1000-ci oyununu məğlub olur! Dəhşət! Xoşbəxtlikdən qələbə qazandıq. Sevincdən uşaq kimi qaçırdım".

Xatırladaq ki, "Roma"nın heyətində Brayn Kristante (Bryan Cristante) və Stefan El-Şaravi (Stephan El-Shaarawy) fərqlənib. "Sassuolo"un təsəlli qolunu isə Filip Curiçiç (Philip Djuricic) vurub.

 

 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər