Mourinyu yeni tatusunu göstərdi - FOTO

Mourinyu yeni tatusunu göstərdi - FOTO

"Roma"nın baş məşqçisi Joze Mourinyu futbolda qazandığı uğurların şərəfinə döydürdüyü yeni tatunu nümayiş etdirib.

Fanat.Az xəbər verir ki, Çempionlar Liqasının, Avropa Liqasının və Konfrans Liqasının baş mükafatlarına sahib çıxmış mütəxəssis hər üç turnirin kuboklarını özündə əks etdirən döyməsini göstərərək sosial şəbəkədə belə yazıb:

"Bu, mənim yeni tatumdur. "Roma" azarkeşlərinin sevinci belə bir döymə etdirməyimi şərtləndirdi. İndilik bu tatunu yalnız mənim gəzdirmək ixtiyarım var".

Mourinyu yeni tatusunu göstərdi - FOTO

Qeyd edək ki, "Roma" Mourinyunun rəhbərliyi altında finalda "Feyenoord"u üstələyərək Konfrans Liqasının ilk qalibi adını qazanıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər