"Mourinyu tamamilə tükənib"

"Mourinyu tamamilə tükənib"

"Roma"nın, Real Madrid"in və İtaliya millisinin sabiq hücumçusu Antonio Kassano Joze Mourinyunu sərt şəkildə tənqid edib.

Fanat.Az xəbər verir ki, onun portuqaliyalı mütəxəssisin ünvanına səsləndirdiyi fikirləri "Goal" belə çatdırıb:

"Məşqçi kimi Mourinyu tamamilə tükənib. O, artıq məşqçilik edə bilməz. Çünki hər şeyi 10 il əvvəl etdiyi kimi edir! Daniele De Rossi isə "Roma"nın futbolçularını güclü komanda olduqlarına inandırıb. Hə, De Rossi "Roma"da qeyri-adi işlər görür".

Xatırladaq ki, Mourinyunun son iş yeri bu ilin yanvarında tərk etdiyi “Roma” olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər