"Roma" nın baş məşqçisi Joze Mourinyu (Joze Mourinho) İtaliya A Seriyasının 1-ci turunun "Fiorentina" ilə oyunundan (3: 1) sonra komandanın özbəkistanlı yeni futbolçusu Eldor Şomurodovla (Eldor Shomurodov) bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Football İtalia" 58 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
"Hansısa futbolçunu ehtiyyat oyunçular skamyasında saxlamaq asan deyil. Buna görə də hər bir mövqedə futbolçu dəyişikliyindən istfadə edirəm. Şomurodovun oyunu xoşuma gəlir. Fikrimcə Abrahamla (Tammy Abraham) birlikdə yaxşı tandem təşkil edə bilərlər. Şomurodov boş mövqelərdə rəqib üçün son dərəcə təhlükəlidir. Gələcəkdə komandanın açar futbolçusu olacağına inanıram"
Xatırladaq ki, ötən mövsümü "Cenoa"nın heyətində keçirən futbolçu 30 oyuna 8 qolla yadda qalmışdı.
Emin Şəmsiyev