Mourinyu komandasının oyununu necə izləyib? - Özü açıqladı

Mourinyu komandasının oyununu necə izləyib? - Özü açıqladı

İki oyunluq cəzalı olan "Roma"nın baş məşqçisi Joze Mourinyu ötən gecə “Spetsiya” ilə oyunda komandasının yanında ola bilməyib.

Fanat.Az xəbər verir ki, bununla belə, portuqaliyalı mütəxəssis yetirmələrinin 1:0 hesabı ilə qalib gəldiyi matçı klubun avtobusunda izləyib.

Mourinyu bu haqda özü "İnstagram"da paylaşım edərək, xəbər verib. O, matç zamanı klubun avtobusunda olduğunu və orada "Roma"nın cəzalı işçisi olan Tyaqo Pinto ilə yayıma baxdığını açıqlayıb.

İtaliya mediası onun bu paylaşımını xəbərə çevirərkən təcrübəli mütəxəssisin 2005-ci ildə "Çelsi"nin baş məşqçisi kimi "Bavariya" ilə Çempionlar Liqası matçından əvvəl çamaşır səbətində gizləndiyini xatırladıb. 59 yaşlı portuqaliyalı etiraf edib ki, bu yolla cəzadan yayınmaq istəyib. "Bavariya" ilə matçdan əvvəl futbolçular qarşısında çıxış edən Mourinyu belə deyib: "Günortadan sonra paltardəyişmə otağında idim. Matç saat 19:00-da başladı. Sadəcə, futbolçular gələndə orada olmaq istəyirdim. Məni heç kim görmədi. Problem ordan çıxıb getməklə bağlı idi. Formalara cavabdeh olan Stüart Bannister məni orda gizlətmişdi. Nəfəs ala bilməyim üçün səbətin qapağı bir qədər açıq idi. Ancaq sonra onu bağladı. Az qala öləcəkdim. Mənim klostrofobiyam var. And içirəm, bu doğrudur. UEFA nümayəndələri isə o gecə ümidsizcə məni tapmağa çalışırdılar". 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər