"Roma" baş məşqçisi Joze Mourinyu ilə bağlı qərar verib.
Fanat.Az-ın xəbərinə görə, İtaliya təmsilçisi portuqaliyalı mütəxəssislə müqaviləni yeniləyəcək.
Məlumatı "TuttoMercatoWeb" yayıb. Xəbərə görə, tərəflər 3 illik sözləşməyə razılaşıblar.
Müqavilə 2026-cı ilin yayında başa çatacaq.
Qeyd edək ki, 60 yaşlı çalışdırıcı 2021-ci ildən "Roma"nın baş məşqçisidir. Komanda onun rəhbərliyi altında bu mövsüm İtaliya A Seriyasında 63 xalla 6-cı yeri tutub.
Röya