"Fənərbağça”nın baş məşqçisi Joze Mourinyu “Qalatasaray”la dünən axşam keçirilən derbidən sonra mətbuat konfransına qatılmayıb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssisin komandası Super Liqanın 6-cı turunda öz meydanında əzəli rəqibi “Qalatasaray”a 1:3 hesabı ilə məğlub olub.
Türkiyə mətbuatı “Qalatasaray”ın baş məşqçisi Okan Buruk mətbuat konfransına gec gəldiyi və tədbir uzun çəkdiyi üçün Mourinyunun jurnalistlər önünə çıxmadığını bildirib.