"Mançester Yunayted” bossları Joze Mourinyonun yerinə axtardığı çalışdırıcını tapıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Star” yayıb.
Rəhbərlik "Vulverhempton”un baş məşqçisi Eşpirintu Santu ilə danışıqlara başlayıb. Turnir cədvəlində 10-cu pillədə qərarlaşan MY-nin durumundan narazı olan klub idarəçiləri Mourinyonu yanvara qədər yola salmaqda qərarlıdı.
Mourinyonun həmyerlisi Eşpirintu Santunun namizədliyinə gəlincə, bu mütəxəssisin 2017-ci ildə "sükanı arxası”na keçdiyi "Vulverhempton”u Çempionşipdə çempion edərək bu mövsüm Premyer Liqaya yüksəltməsi həlledici məqamdı.
Fanat.Az