Mourinyonun istədiyi 2 ulduz - 110 milyon

Mourinyonun istədiyi 2 ulduz - 110 milyon
"Mançester Yunayted"in heyətinə qatmaq istədiyi daha iki futbolçunun kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Məlumatda bildirlir ki, Joze Mourinyo gələn mövsüm çalışdıracağı klubun rəhbərliyindən Qonzalo Hiquaynı istəyib. "Mançester Yunayted" rəhbərliyi bu transfer üçün "Napoli"yə 80 milyon avro ödəməyə hazırdı.
Hiquayn 2007-ci ildə 12 milyon avroya "River Pleyt"dən "Real"a, 2013-cü ildə 38 milyon avroya "Napoli"yə transfer olunub. 28 yaşlı argentinalı forvard cari mövsümdə İtaliya klubunun heyətində 34 rəsmi oyuna çıxıb və 27 qol vurub. O, 25 qolla A Seriyasının bombardirlər yarışına başçılıq edir.
Mourinyonun istədiyi 2 ulduz - 110 milyon
Qonzalo Hiquayn
Joze Mourinyonun istədiyi digər futbolçu isə Domeniko Berardidi. İddialara görə, "Mançester Yunayted" artıq bu transfer üçün "Sassuolo" ilə anlaşıb. İngilislər İtaliya klubuna 30 milyon avro transfer haqqı ödəyəcək.
Lakin bu məsələdə "Yuventus" əngəli var. Belə ki, 2015-ci ildə Turin klubundan "Sassuolo"ya keçən futbolçunun müqaviləsinə xüsusi bənd salınıb. Həmin bəndə əsasən "Yuventus" Berardini 20 milyon avroya geri qaytara bilər.
Berardinin maraqlı karyerası var. 21 yaşlı futbolçu 2010-cu ildən "Sassuolo"nun müxtəlif yaş qruplarında çıxış edib. O, 2013-cü ilin 1 sentyabrında 4,5 milyon avro qarşılığında "Yuventus"a transfer olunub. Bir gün sonra isə "Sassuolo"ya icarəyə verilib. Ötən ilin yayında isə 10 milyon avro qarşılığında "Sassuolo"ya transferi rəsmiləşib.
21 yaşlı hücumçu cari mövsümdə "Sassuolo"nun heyətində 22 rəsmi oyuna çıxıb və 6 qol vurub.
Mourinyonun istədiyi 2 ulduz - 110 milyon
Domeniko Berardi
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər