Mourinyonun istədiyi 14 yaşlı türk

Mourinyonun istədiyi 14 yaşlı türk
"Valensiya"nın aşağı yaş qrupları üzrə komandalarında çıxış edən Ferhat Çoğalan Avropa nəhənglərinin maraq dairəsinə düşüb. Fanat.az xəbər verir ki, türk futbolçunu "Mançester Yunayted", "Arsenal", "Yuventus", "Bavariya", "Borussiya" (Dortmund) kimi nəhəng klublar istəyir.
Artıq 14 yaşlı futbolçu "Mançester Yunayted"dən təklif alıb. Mançesterə yollanacaq Fərhad komandanın məşqlərində iştirak edəcək. Xəbəri təsdiqləyən futbolçunun atası müqavilə bağlamaq üçün tələsmədiklərini bildirib: "Biz heç nəyə görə tələsmirik. Çünki Fərhadın 2021-ci ilə qədər "Valensiya" ilə müqaviləsi var. Amma "Mançester Yunayted" kimi bir klubun təklifini təbii ki, dəyərləndirəcəyik".
Mourinyonun istədiyi 14 yaşlı türk
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər