"Mançester Yunayted"i çalışdıracaq Joze Mourinyonun hədəfindəki ilk futbolçu açıqlanıb. Fanat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis rəhbərlikdən Zlatan İbrahimoviçin transferini istəyib.
Artıq isveçli ulduzun yayda PSJ-dən ayrılacağı dəqiqləşib. İbra dəfələrlə İngiltərədə oynamaq istədiyini bildirib. İndi "Mançester Yunayted" rəhbərliyi onun komandanın fomrasını geyinməyə razı salmalıdı.
Qeyd edək ki, İbrahimoviç İsveçdə "Malmö", Hollanliyada "Ayaks", İtaliyada "Yuventus", "İnter", "Milan", İspaniyada "Barselona" və Fransada PSJ-nin formasını geyinib. Karyerası ərzində 28 kubok qazanan futbolçu 4 ölkədə çempionluq sevinci yaşayıb.
Fanat.az