Mourinyodan tarixi nəticə

Mourinyodan tarixi nəticə

Joze Mourinyo avrokubokların tarixinə düşüb.

Fanat.Az xəbər verir ki, "Mançester Yunyayted"in baş məşqçisi Çempionlar Liqasını və Avropa Liqasını iki dəfə qazanan ilk mütəxəssis olub.

Portuqaliyalı mütəxəssis 2003-cü ildə "Portu", 2017-ci ildə "Mançester Yunayted"lə Avropa Liqasını qazanıb. O, 2004-cü ildə "Portu", 2010-cu ildə "İnter"lə Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, "Mançester Yunayted" dünən axşam keçrilən final oyununda "Ayaks"ı 2:0 hesabı ilə yenib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər