Mourinyodan açıqlama: İbrahimoviç gedəcək?

Mourinyodan açıqlama: İbrahimoviç gedəcək?
Zlatan İbrahimoviç 2017-ci ilin yayında "Mançester Yunayted"i tərk etməyəcək. Fanat.Az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Joze Mourinyo açıqlama verib.
Portuqaliyalı mütəxəssis bildirib ki, İbrahimoviçlə 1+1 illik müqavilə bağlanıb. Bu şərtdən yararlanaraq onu 2017/18 mövsümündə də komandada saxlayacaqlar: 
"Zlatanan performansı ortadadı. Müqaviləsini bir illik artırmaq imkanımız var. Ondan razıyıq. Anlaşmanın müddətini artıracağıq və gələn mövsüm bizimlə olacaq. Zlatan özü də komandada xoşbəxtdi".
Qeyd edək ki, İbrahimoviç bu mövsüm meydana çıxdığı 17 rəsmi matçda 8 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər