Mourinyo-Qvardiola savaşı: Paul Poqba

Mourinyo-Qvardiola savaşı: Paul Poqba
Mançesterin iki klubu eyni futbolçu uğrunda mübarizə aparır. Fanat.az xəbər verir ki, həm "Mançester Yunayted", həm də "Mançester Siti" Paul Poqbanı heyətinə qatmaq istəyir.
"Mançester Siti"ni gələn mövsüm Pep Qvardiola çalışdıracaq. Bu barədə artıq rəsmi açıqlama verilib. "Mançester Yunayted"ə isə Joze Mourinyonun başçılıq edəcəyi deyilir. İddialara görə, tərəflər arasında bununla bağlı anlaşma əldə olunub.
İngiltərə mətbuatına inansaq, hər iki mütəxəssis rəhbərlikdən "Yuventus"un formasını geyinən Paul Poqbanın transferini tələb edib.
Qeyd edək ki, Paul Poqba "Mançester Yunayted"in yetirməsidi. O, 2011-2012-ci illərdə klubun əsas heyətinə yüksəlsə də, Premyer Liqada cəmi 3 oyun keçirib. 2012-c ildə onu transfer edən "Yuventus"un fransalı futbolçunu 100 milyon avrodan aşağa satmayacağı dəqiqdi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər