Mourinyo 9 milyona alınan ulduzu 3 milyona satır

Mourinyo 9 milyona alınan ulduzu 3 milyona satır

Bastian Şvaynştayger "Mançester Yunayted"dən ayrılmağa hazırlaşır. Fanat.Az xəbər verir ki, klub rəhbərliyi Joze Mourinyonun istəmədiyi alman ulduzu satmaq istəyir.

Məqsəd həm də onun həftəlik 200 min funt-sterlinqlik maaşından qurtulmaqdı. "Mançester Yunayted"in Şvaynştayger üçün 3 milyon funt-sterlinq transfer haqqı istədiyi deyilir.

Qeyd edək ki, "Mançester Yunayted" Şvaynştaygeri 2015-ci ildə "Bavariya"dan 9 milyon avroya almışdı. 32 yaşlı alman yarrımmüdafiəçiyə hazırda "Transfermarkt" 10 milyon avro qiymət qoyub.

Fanat.Az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər