Mourinyo 62 milyonluq 2 ulduzdan imtina etdi

Mourinyo 62 milyonluq 2 ulduzdan imtina etdi
"Mançester Yunayted"in baş məşqçisi təyin edilən Joze Mourinyo artıq heyətdə təmizliklərə başlayıb. Fanat.az xəbər verir ki, portuqaliyalı mütəxəssis iki ulduzu göndərmək qərarına gəlib.
İddialara görə, Mourinyo Xuan Mata və Daley Blindin heyətdə görmək istəmir. Mütəxəssis rəhbərlikdən hər iki futbolçunun göndərilməsini istəyib.
Qeyd edək ki, "Mançester Yunayted" Xuan Matanı 2014-cü ildə "Çelsi"dən 44,73 milyon avroya transfer edib. Komandanın heyətində indiyədək 104 rəsmi oyuna çıxan 28 yaşlı ispan yarımmüdafiəçiyə "Transfermarkt" 34 milyon avro qiymət qoyub.
Daley Blind isə 2014-cü "Ayaks"dan 17,5 milyon avroya transfer olunduğu "Mançester Yunayted"in əsas heyətində 85 rəsmi matça çıxan 26 yaşlı holland yarımmüdafiəçi 4 qol vurub. "Transfermarkt"ın hesablamalarına görə, onun hazırda 19 milyon avro dəyəri var.
Beləliklə, Mourinyo "Mançester Yunayted"in 62,23 milyon avro xərclədiyi futbolçulardan imtina edir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər