“Molde”nin hücumçusu həftənin ən yaxşısı seçildi

“Molde”nin hücumçusu həftənin ən yaxşısı seçildi

Avropa Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu bəlli olub.

Fanat.Az xəbər verir ki, bu ada İsveçin “Molde” klubunun üzvü Fredrik Qulbrandsen layiq görülüb.

O, buna “Legiya”nı Polşada 3:0 hesabıyla yendikləri qarşılaşmada dubla imza atmaqla bacarıb.

Konfrans Liqasında həftənin oyunçusu adına Jeremi Frik (“Servett”, İsveçrə), Kameron Puertas (“Yunion”, Belçika) və Mika Bieret (“Şturm Qraz”, Avstriya) də namizəd idi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər