Modriç bu mövsüm də bacardı

Modriç bu mövsüm də bacardı

"Real"ın yarımmüdafiəçisi Luka Modriç İspaniya La Liqasının 17-ci turu çərçivəsində keçirilən matçda -  "Vilyarreal"la oyunda (4:1) komandasının qollarından birinə imza atıb.

Fanat.Az xəbər verir ki, matçın 68-ci dəqiqəsində adını tabloya yazdıran Luka karyerasında ardıcıl 19 mövsümdə qola vurmuş olub. 

Xorvat yarımmüdafiəçi 2005-ci ildən bəri hər mövsüm ən azı bir dəfə fərqlənməyi bacarıb. 

Modriç 2012-ci ildən "Kral klubu"nun uğurları üçün çalışır. Cari mövsüm Madrid təmsilçisinin forması ilə 19 matça çıxan 38 yaşlı futbolçu 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər