Afrika Millətlər Kubokunun finalında Seneqala uduzan Misir yığmasının qapıçısı Məhəmməd Abu-Qabal turnirin əsas və qeyri-adi simalarından biri kimi tanındı.
Fanat.Az xəbər verir ki, qalibin penaltilər seriyasında müəyyənləşdiyi möhtəşəm finaldan sonra Misirin qapıçısının unutduğu su qabı Abu-Qabalın daha bir özəlliyini ortaya çıxarıb.
Qolkiper şüşə qabın üzərinə seneqallı futbolçuların cərimə meydançasında olduqları zaman seçdikləri mümkün hədəfləri əks etdirən kağızlar yapışdırıbmış. Onun rəqiblərini öyrənmə üsulu müzakirəyə səbəb olub. Di gəl, Məhəmməd Abu-Qabalın "şparqalka"sı işə yaramayıb. Misir penaltilər seriyasında Seneqala uduzaraq kubokdan məhrum olub.
Egypt goalkeeper Gabaski forgot his bottle after the defeat. Info on Senegal's penalty takers. This should go straight to CAF Museum if they have. pic.twitter.com/e1LMbZPTUm
— Saddick Adams (@SaddickAdams) February 7, 2022
Mirağa