"Şaxtyor"un baş məşqçisi Mirça Luçeskunun yeni klubu açıqlanıb. Fanat.az xəbər verir ki, bu barədə onun yaxın dostu, FIFA agenti Doğan Ercan açıqlama verib.
Menecer adı son dövrlər "Qalatasaray" və "Fənərbaxça" ilə yanaşı çəkilən rumın mütəxəssisin Rusiyaya gedəcəyini bildirib: "Luçesku ilə danışdım. Türkiyədən heç kim onunla əlaqə yaratmayıb. "Zenit"lə prinsipial anlaşma əldə edib. Rusiya klubu çox cəlbedici təklif göndərib".
Fanat.az