Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku "Fənərbaxça"ya rəhbərlik edə bilər.
Fanat.Az Rumıniya mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu rumın mütəxəsisi baş məşqçi təyin etmək istəyir.
"Fənərbaxça" Fillip Kokunu istefaya göndərdikdən sonra köməkçi-məşqçi Ervin Kumanla mövsümün sonuna qədər müqavilə imzalayıb. Hazırda bu komanda 12 turdan sonra 13-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, Mirça Luçesku daha əvvəl "Qalatasaray" və "Beşiktaş" klublarında çalışıb.
Fanat.Az