Mirça Luçesku Avropa nəhəngini çalışdıracaq

Mirça Luçesku Avropa nəhəngini çalışdıracaq
Mirça Luçesku Fransaya gedə bilər. Fanat.az xəbər verir ki, rumın mütəxəssisin PSJ-nin maraq dairəsində olduğu iddia edilir.
Paris klubunun yayda Loran Blanla yollarını ayıracağı deyilir. Luçeskunun isə mövsümün sonunda "Şaxtyor"u tərk edəcəyi dəqiqdi. Siyasi gərginliyin və vətəndaş müharibəsinin davam etdiyi Ukraynada xoşbəxt olmayan rumın məşqçi üstəlik klub prezidenti Rinat Əhmədovun bankına qoyduğu 20 milyon dolları da geri ala bilmir.
İddiaya görə, Ukraynadan ayrılmağa hazırlaşan Luçeskunun PSJ-yə keçmək ehtimalı böyükdü. Onunla İngiltərə və İtaliya klublarının da maraqlandığı deyilir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər