ABŞ millisinin sabiq futbolçusu Kolin Klark vəfat edib.
Fanat.Az xəbər verir ki, keçmiş hücumçu 35 yaşında dünyasını dəyişib. O, avqustun 26-da infarkt keçirərək vəfat edib.
Qeyd edək ki, Kolin Klark karyerası ərzində ABŞ-ın "Boulder Rapids", "Kolorado Rapids", "Hyuston Dinamo" və "Los-Anceles Qalaksi" klublarında oynayıb. O, milli komandada cəmi bir oyun keçirib və 2013-cü ildə karyerasını bitirib.
Fanat.Az