Final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının elit-raund mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, A qrupunda yer alan millimiz Qazaxıstan, Rumıniya və Niderland komandaları ilə qarşılaşacaq.
Bu mərhələnin oyunları dekabrın 20-dək yekunlaşacaq. Milli elit-raunda səfər oyunu ilə başlayacaq və yekun nöqtəni də rəqib meydanında qoyacaq.
Qeyd edək ki, Avropa zonasına 7 yer ayrıldığına görə, qrup qalibləri (5 komanda) final mərhələsinə birbaşa vəsiqə qazanacaq. Ən yaxşı göstəriciyə malik 4 “ikinci” pley-off oyunlarında iştirak edəcək və qalib gələn 2 milli də final mərhələsində gücünü sınayacaq.
A qrupu
Qazaxıstan Rumıniya Azərbaycan Niderland
B qrupu
Ukrayna Polşa Serbiya Belçika
C qrupu
Xorvatiya Slovakiya Fransa Almaniya
D qrupu
İspaniya İtaliya Sloveniya Çexiya
E qrupu
Portuqaliya Gürcüstan Ermənistan Finlandiya