Millimizlə oyuna 2 aərbaycanlı çağırıldı

Millimizlə oyuna 2 aərbaycanlı çağırıldı

21 yaşadək futbolçular arasında "AVRO-2017"nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Rusiya millisinin heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, baş məşqçi Nikolay Pisarev milliyə 24 futbolçu dəvət edib.

 

Rusiya martın 24-də Azərbaycan, 5 gün sonra Almaniyanı qonaq edəcək. Rəqib çalışdırıcı bu görüşlərə əslən azərbaycanlı Ayaz Quliyevlə Ramil Şeydayevi də dəvət edib. Rusiya yığması hər iki oyunu Rostovdakı “Olimp-2” stadionunda keçirəcək.

Qapıçılar: Mixail Borodko (“Yenisey”, Krasnoyarsk), Aleksandr Selixov (“Amkar”, Perm).

Müdafiəçilər: Dmitri Jivoqlyadov (“Dinamo”, Moskva), İlya Zuyev (“Zenit”, Sankt-Peterburq), Vyaçeslav Karavayev (“Yablonets”, Çexiya), Aleksandr Kleşenko, Denis Yakuba (hər ikisi “Kuban”, Krasnodar), Maksim Kuftin (“Stroqino”, Moskva), Aydar Lisinkov (“Spartak”, Moskva), Vitali Lıstsov (“Benfika”, Portuqaliya), Aleksandr Serashov (“Sokol”, Saratov).

Yarımmüdafiəçilər: Dmitri Barinov, Aleksey Mirançuk (hər ikisi “Lokomotiv”, Moskva), Aleksey Qasilin (“Şalke”, Almaniya), Ayaz Quliyev, Artyom Timofeyev (hər ikisi “Spartak”, Moskva), Dmitri Yefremov (“Slovan”, Çexiya), Roman Zobnin, Aleksandr Taşayev (hər ikisi “Dinamo”, Moskva), Arşak Koryan (“Vitess”, Hollandiya), İlya Petrov (“Volqa”, Nijni Novqorod).

Hücumçular: Nikolay Komliçenko (“Krasnodar”), Kamil Mullin (“Sokol”, Saratov), Ramil Şeydayev (“Rubin”,  Kazan).

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər