Milli komandamızın üzvü Dəniz Yılmaz Türkiyədə klubunu dəyişə bilər. Fanat.Az xəbər verir ki, "Bursaspor"da çıxış edən futbolçu Super Liqanın debütantı "Yeni Malatyaspor"dan təklif alıb.
Malatya təmsilçisinin "Bursaspor"a futbolçumuz üçün 500 min avro təklif etdiyi deyilir. Həmçinin bildirilir ki, bursalılar düşünmək üçün vaxt istəyib.
"Yeni Malatyaspor" "Bursaspor"dan mərakeşli Nace Baraziteni də istəyir. Bu futbolçu üçün da 500 min avro təklif olunub.
Fanat.Az